Tacikistan  birgə sərhəd təhlükəsizliyi ilə bağlı yayılan məlumatları təkzib edib

Tacikistan birgə sərhəd təhlükəsizliyi ilə bağlı yayılan məlumatları təkzib edib

11:48
Bəyəndim (3) Bəyənmədim (0)

Tacikistan Xarici İşlər Nazirliyi Reuters-in Rusiya Silahlı Qüvvələrinin şəxsi heyəti ilə birgə sərhəd təhlükəsizliyi ilə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə danışıqlar apardığı barədə məlumatlarını təkzib etdi. Bəyanat nazirliyin Telegram kanalında dərc edilib.

Tacikistan Xarici İşlər Nazirliyi sözügedən nəşrin həqiqətə uyğun olmadığını və bu cür yalan məlumatların yayılmasının beynəlxalq auditoriyanı çaşdırdığını vurğuladı.

Reuters, "Tacikistan Təhlükəsizlik Şurasındakı mənbəyə" istinadən, Düşənbənin guya Moskvadan sərhədə qoşun yerləşdirməsini istədiyini bildirdi. Jurnalistlər bəhanə olaraq Tacikistan və Əfqanıstan sərhədində beş Çin vətəndaşının ölümünü göstərdilər. Lakin agentlik daha sonra məlumatı dəstəkləmək üçün təqdim edilən dəlillərin yetərli olmadığını bildirərək məlumatı silib.

Əziz MUSTAFA