ABŞ 19 qeyri-Avropa ölkəsinin immiqrasiya müraciətlərinə baxılmasını dayandırıb
“Reuters” agentliyinin verdiyi məlumata görə, Tramp administrasiyasından verilən açıqlamaya görə, ABŞ 19 qeyri-Avropa ölkəsindən gələn miqrantlar tərəfindən göndərilən yaşıl kart və vətəndaşlıq ərizələri də daxil olmaqla, bütün immiqrasiya müraciətlərinin işlənməsini dayandırıb.
Nəşrin məlumatına görə, qərar milli və ictimai təhlükəsizliklə bağlı narahatlıqlara əsaslanır.
Qərar hələ bu ilin iyununda qismən giriş məhdudiyyətləri qoyulmuş 19 ölkənin vətəndaşlarına şamil edilir. Konkret olaraq bunlar Əfqanıstan, Birma, Çad, Konqo, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan, Yəmən, Burundi, Kuba, Laos, Sierra Leone, Toqo, Türkmənistan və Venesuela vətəndaşlarıdır.
ABŞ Prezident Administrasiyasının qərarı ilə baxılma prosesində olan bütün müraciətlər dayandırılıb və bu ölkələrdən olan miqrantlar “ABŞ-ın milli təhlükəsizliyinə və ictimai təhlükəsizliyinə təhdidləri tam qiymətləndirmək üçün potensial müsahibə daxil olmaqla hərtərəfli yoxlama prosesindən və lazım gələrsə, təkrar müsahibədən keçməlidirlər.
Almaz Həsənli
















































































