Türkiyənin "Beşiktaş" Gəmiçilik Şirkəti Rusiya ilə əməliyyatlarını dayandırıb

Türkiyənin "Beşiktaş" Gəmiçilik Şirkəti Rusiya ilə əməliyyatlarını dayandırıb

14:05
Bəyəndim (0) Bəyənmədim (0)

Seneqal sahillərində neft tankerinə ziyan dəyən Türkiyənin "Beşiktaş Gəmiçilik" şirkəti Rusiya ilə gəmiçilik əməliyyatlarını dayandırdığını açıqladı. Şirkət bölgədəki təhlükəsizlik vəziyyətinin "əhəmiyyətli dərəcədə pisləşdiyini" bildirdi. Bu barədə "Kommersant" məlumat yayıb

"Beşiktaş Gəmiçilik" şirkəti artıq Rusiya ilə əlaqəli səyahətlər həyata keçirməyəcəyini açıqladı. Şirkət həmçinin bütün beynəlxalq sanksiyalara və ticarət məhdudiyyətlərinə ciddi şəkildə əməl etdiyinə əminlik verdi.

"Ətraflı qiymətləndirmədən sonra gəmilərimiz və heyət üzvlərimiz üçün risklərin qəbuledilməz hala gəldiyi qənaətinə gəldik. Personalımızın və aktivlərimizin təhlükəsizliyi bizim əsas prioritetimiz olduğundan, bütün bu cür əməliyyatları dayandırırıq", - deyə şirkətdən bildiriblər.

Noyabrın sonlarında Panama bayrağı altında Tamandan Dakara gedən Türkiyənin "Mersin" tankeri Seneqal sahillərində sızma baş verdi. Mümkün səbəb kimi hücum göstərildi. Gəmi neft məhsulları daşıyırdı; heyət üzvləri arasında xəsarət alan olmayıb.

Əziz MUSTAFA