Ermənistan hökuməti Qarabağ sənədlərini ictimaiyyətə açıqlayıb

Ermənistan hökuməti Qarabağ sənədlərini ictimaiyyətə açıqlayıb

12:10
Bəyəndim (2) Bəyənmədim (0)


Ermənistan hökuməti "Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi sənədləri"ni dərc edib. Erməni KİV-lərinin verdiyi məlumata görə, bu barədə ölkə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Oxuməni.az xəbər verir ki, erməni, rus və ingilis dillərində olan 13 sənəddən ibarət materiallar hökumətin rəsmi internet saytında yerləşdirilib.
Hökumət sənədlərində qeyd olunur ki, dövlət qurumlarında mövcud olan və Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi ilə bağlı olan, 2020-ci ilə qədər olan dövrü əhatə edən sənədlər dərc olunub. Həmçinin, ilk sənədlər qrupu ilə birbaşa əlaqəli olan ictimaiyyətə açıq olan bir sıra sənədlər də dərc edilib.
Dərc olunan sənədlər arasında: ATƏT-in Minsk Qrupunun təklifləri (2016–2019-cu illər), Baş nazirliyə namizəd Serj Sarkisyanın parlamentdəki bəyanatları, Krakov sənədi, Serj Sarkisyanın Vladimir Putinə yazdığı məktub, ATƏT-in Minsk Qrupunun 2016-cı il təklifləri, Rusiyanın paket təklifləri, Kazan sənədi, Madrid prinsipləri, Meğri-Qarabağ mübadiləsi variantı, Minsk Qrupunun hərtərəfli təklifləri, ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən Lissabon Zirvə toplantısında verilən bəyanat, Budapeşt Zirvə toplantısının bəyanatı və BMT Təhlükəsizlik Şurasının qətnamələri yer alır.
Daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan, Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın bəyanatına cavab olaraq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi sənədlərini ictimaiyyətə açıqlamaq planlarını elan etmişdi.
Serj Sarkisyan, xüsusilə, 2020-ci il müharibəsinin qaçılmaz olduğunu və nəticəsinin yeni hakimiyyətin danışıqlardan imtina etməsi və ordunun döyüş qabiliyyətinin aşağı düşməsi nəticəsində baş verdiyini iddia etmişdi.
Almaz Həsənli