Xəzər dənizinin sahilində 500-ə yaxın suiti cəsədi tapılıb
Regional Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Dağıstanda Xəzər dənizinin sahillərində 500-ə yaxın ölü suiti aşkarlanıb. Oxuməni.az xəbər verir ki, bu barədə “Vestnik Kavkaza” məlumat yayıb.
"Bu gün mütəxəssislərimiz Mahaçqala, Karabudaxkənd, Kayakent və Dərbənd rayonlarının sahil zolağında araşdırma aparıblar. Sahildən 484 suiti cəsədi aşkar edilib", - deyə regional Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Respublika ərazisində sahil zolağında yoxlamalar davam etdiriləcək. Yüzlərlə Xəzər suitisinin tələf olma səbəblərini müəyyənləşdirmək hələ də davam edir. Nazirlik regional qurumlara Rosprirodnadzor, Rosselxoznadzor, Rosrybolovstvo, Rospotrebnadzor və digər qurumlara müraciətlər göndərib.
Nazirlik əlavə edib ki, miqrasiya dövründə hər il müəyyən sayda suiti ölür.
Almaz Həsənli










































































.jpg)




