ABŞ Milli Təhlükəsizlik Agentliyi işçi heyətini 2000 nəfər ixtisar edib
Siqnal kəşfiyyatı, kiberkəşfiyyat və elektron rabitə şəbəkələrinin qorunması ilə məşğul olan ABŞ Milli Təhlükəsizlik Agentliyi (NSA), sadələşdirmə səylərinin bir hissəsi olaraq işçi heyətini 2000 nəfər ixtisar edib. Bu barədə Defense One üç mənbəyə istinadən məlumat verib.
Təmizləmə, Tramp administrasiyasının federal hökuməti kiçiltmək və kəşfiyyat icmasının şişirdilməsi və siyasiləşdirilməsini aradan qaldırmaq üçün aylarla davam edən təzyiqinin nəticəsidir.
Bəzi işçilər işdən çıxarılıb, digərləri könüllü olaraq istefa verib, digərləri isə işdən çıxmalarını təxirə salmağa razı olublar.
Defense One-ın qeyd etdiyi kimi, agentliyin işçi sayı məxfi saxlanıldığı üçün NSA işçilərinin neçə faizinin agentliyi tərk etdiyi məlum deyil. Lakin, Merilend rəsmiləri tərəfindən ötən il dərc edilmiş məlumat vərəqində agentliyin işçilərinin sayının 39.000 nəfər olduğu bildirilirdi.
Əziz MUSTAFA






























































.jpg)
.jpg)
.jpg)














