Misir Prezidenti giriş vizaları üçün rüsumu 45 dollara qaldırdı

Misir Prezidenti giriş vizaları üçün rüsumu 45 dollara qaldırdı

10:45
Bəyəndim (1) Bəyənmədim (0)

Misir Prezidenti Əbdülfəttah əs-Sisi Ərəb Respublikasına giriş haqqının 20 dollar artırılaraq 45 dollara çatdırılmasını əmr etdi. Bu barədə Misir liderinin verdiyi fərmanda bildirilib.

"Nümayəndələr Palatasının (Misir parlamentinin aşağı palatası) qərarına uyğun olaraq, 20 dollardan və ya digər xarici valyutada ekvivalentindən çox olmayan yeni giriş vizası haqqının müəyyən edilməsi qərara alınıb", - fərmanda deyilir. Qeyd olunur ki, 30 noyabrda imzalanan fərman imzalandığı gündən qüvvəyə minir.

1 dekabr tarixinə qədər Misirə giriş vizasının qiyməti 25 dollar idi.

Əziz MUSTAFA