Macarıstan Avropanın Rusiya ilə müharibəyə hazırlaşdığını açıqladı

Macarıstan Avropanın Rusiya ilə müharibəyə hazırlaşdığını açıqladı

14:00
Bəyəndim (1) Bəyənmədim (0)

Macarıstan xəbərdarlıq edib ki, Avropa Rusiya ilə mümkün hərbi toqquşmaya effektiv şəkildə hazırlaşır. Xarici işlər naziri Peter Siyarto AB-nin strateji sənədlərinə istinad edərək Avropa Birliyinin 2029-cu ilə qədər tam döyüş hazırlığına çatmağı planlaşdırdığını bildirdi.

Avropa "artıq Rusiya ilə müharibəyə hazırlaşır", - deyə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib. Parlament dinləmələri zamanı çıxış edən o, 2029-cu ilə qədər silahlı qüvvələrin tam döyüş hazırlığına çatmaq məqsədini müəyyən edən AB-nin strateji sənədlərinə istinad etdi. Siyartoya görə, bu, hərbi münaqişənin 2030-cu ildə "mümkün olacağı" deməkdir. Onun sözləri Magyar Nemzet tərəfindən sitat gətirilib.

Macarıstan xarici işlər naziri vurğulayıb ki, Budapeşt Avropa Birliyində hərbi ritorikanın güclənməsini dəstəkləmir və "Avropanı Rusiya ilə birbaşa qarşıdurmaya yaxınlaşdıra" biləcək addımlara qarşı çıxır. O, Macarıstan hökumətinin "vətəndaşların hərbi münaqişə şəraitində yaşamamasını" təmin edəcəyini bildirdi.

Siyarto dəfələrlə Avropanın müdafiə siyasətini tənqid edib. 2024-cü ilin yayında o, Avropa Komissiyasının hərbi investisiyaları artırmaq planlarına qarşı çıxıb və bunun "Avropanı təhlükəli gərginliyə apara biləcəyini" iddia edib. 2025-ci ilin ortalarında Budapeşt həmçinin Ukraynaya dəstək ilə bağlı bəzi AB bəyanatlarını bloklayıb.

Əziz MUSTAFA