Kreml: Putin Vitkovla dekabrın 2-də görüşəcək
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib ki, Rusiya-Amerika təmasları dekabrın 2-də Moskvada keçiriləcək. Prezidentin mətbuat katibi həmçinin bildirib ki, bazar ertəsi günü Vladimir Putin amerikalı danışıqçılarla görüşlərinə hazırlıq məqsədilə şəxsi görüşlər də keçirəcək. Bu barədə Oxuməni.az “Kommersant”a istinadla xəbər verir.
"Prezidentin sabahkı Rusiya-Amerika təmaslarına hazırlıq məqsədilə bu gün şəxsi görüşləri də var", - deyə Peskov bildirib.
Peskovun sözlərinə görə, Vladimir Putinin ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkovla görüşü çərşənbə axşamı günortadan sonraya planlaşdırılıb.
AFP mənbələrə istinadən xəbər verir ki, ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkov dekabrın 1-də Moskvaya səfər edəcək.
30 noyabrda Mayamidə ABŞ-Ukrayna danışıqları keçirilib. ABŞ dövlət katibi Marko Rubio onların məhsuldar olduğunu, lakin "çox işin qaldığını" bildirib. ABŞ prezidenti Donald Tramp yenidən işlənmiş sülh planı ilə bağlı müzakirələrin yaxşı irəlilədiyini bildirib. CNN bir mənbəyə istinadən bildirib ki, danışıqlara Kiyevin NATO-ya qoşulmasına mane olacaq sülh yolu ilə həll ssenarisi də daxil edilib.
Almaz Həsənli































.jpg)
.jpg)
.jpg)








































.jpg)




