Bayden administrasiyası dövründə 100.000 Əfqanıstan vətəndaşı ABŞ-a köçüb

Bayden administrasiyası dövründə 100.000 Əfqanıstan vətəndaşı ABŞ-a köçüb

15:45
Bəyəndim (3) Bəyənmədim (0)

Bayden administrasiyası dövründə (2021-2025) təxminən 100.000 Əfqanıstan vətəndaşı müxtəlif səbəblərdən ABŞ-a köçüb.

Vətən Təhlükəsizlik Katibi Kristi Noem bildirib ki, keçmiş prezident administrasiyası tarixdə ən ciddi milli təhlükəsizlik böhranlarından birini yaradıb

Noem X-də yazıb: "Bayden administrasiyası Əfqanıstandan çıxarılması ilə Amerika tarixində ən ciddi milli təhlükəsizlik böhranlarından birini yaradıb. Bayden təxminən 100.000 Əfqanıstan vətəndaşını yoxlamadan, onların kimliyini və niyyətlərini müəyyən etmədən ölkəmizə buraxıb".

O əlavə edib ki, ABŞ Prezidenti Donald Trampın hazırkı administrasiyasının əsas prioritetlərindən biri əvvəlki administrasiyanın bu qərarlarının nəticələrini aradan qaldırmaqdır. Noem qeyd edib ki, ABŞ Daxili Təhlükəsizlik Departamenti hazırda ölkədəki bütün Əfqanıstan vətəndaşları haqqında məlumatları, o cümlədən onların sosial media hesablarını aktiv şəkildə araşdırır.

“The New York Post” qəzeti əvvəllər xəbər vermişdi ki, 2021-ci ildə ABŞ qoşunlarının çıxarılmasından sonra ABŞ-a gələn 5000-dən çox Əfqanıstan vətəndaşı Vaşinqtonun fikrincə, ABŞ-ın milli təhlükəsizliyinə təhdid yarada bilər. Nəşrin qeyd etdiyi kimi, qoşunların çıxarılması zamanı xüsusi proqram çərçivəsində ABŞ-a təxminən 100 mindən çox əfqan gəlib.

Əziz MUSTAFA