Zalujnı təhlükəsizlik zəmanəti olaraq Ukraynada nüvə silahlarının yerləşdirilməsini təklif edib

Zalujnı təhlükəsizlik zəmanəti olaraq Ukraynada nüvə silahlarının yerləşdirilməsini təklif edib

11:26
Bəyəndim (2) Bəyənmədim (0)


Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı və hazırda Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnı “The Telegraph” qəzetindəki köşəsində bildirib ki, Ukraynanın təhlükəsizliyini təmin etməyin bir variantı onun ərazisində nüvə silahlarının yerləşdirilməsidir.
Zalujnının məqaləsində müharibənin səbəbləri müzakirə olunur, Ukrayna ordusunun 2022-ci ildə işğala hazırlığı və gələcək sülhün bərqərar olması şərtləri təhlil edilir.
Zalujnının sözlərinə görə, müharibə "həmişə bir tərəfin qələbəsi və digərinin məğlubiyyəti ilə bitmir" və Ukrayna müharibənin "uzunmüddətli" sonu variantını rədd edə bilməz. Lakin Zalujnı yazır ki, "növbəti müharibənin gözlənilməsi ilə belə" sülh siyasi dəyişikliklər, dərin islahatlar, tam bərpa, iqtisadi artım və vətəndaşların geri qayıtması üçün şans yaradır.
Xatırladaq ki, Ukrayna ərazi bütövlüyünün təminatı müqabilində 1994-cü ilin dekabrında imzalanmış Budapeşt Memorandumu çərçivəsində nüvə silahlarının yerləşdirilməsindən imtina edib. Sənədi Rusiya, Böyük Britaniya və ABŞ da imzalayıb. ABŞ-ın keçmiş prezidenti Bill Klinton Ukrayna hökumətini Sovet dövründən qalma nüvə arsenalından imtina etməyə razı salmaqdan "dəhşətli hisslər keçirdiyini" bildirib.
Almaz Həsənli