Tramp Maduro ilə telefon danışığı etdiyini təsdiqlədi

Tramp Maduro ilə telefon danışığı etdiyini təsdiqlədi

10:15
Bəyəndim (2) Bəyənmədim (0)


ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduro ilə danışdığını təsdiqlədi, lakin söhbətin təfərrüatları barədə şərh verməkdən imtina etdi.
Bu barədə “Reuters” xəbər verir.
"Mən bu barədə şərh vermək istəmirəm. Cavab bəlidir", Tramp Maduro ilə danışıb-danışmadığı soruşulduqda dedi.
ABŞ Prezidenti həmçinin qeyd etdi ki, "yaxşı və ya pis keçdiyini deməzdim, bu, telefon danışığı idi".
28 noyabrda “The New York Times” qəzeti Trampın ötən həftə Maduro ilə telefonla danışdığını bildirdi. Qəzetin mənbələrinə görə, söhbət zamanı iki lider arasında ABŞ-da gələcək görüşün mümkünlüyü müzakirə olunub.
Daha sonra “The Wall Street Journal” mənbələrə istinadən Trampın Maduro ilə söhbətdə könüllü olaraq vəzifəsindən ayrılmayacağı təqdirdə güc tətbiq etməklə hədələdiyini bildirdi. 6 noyabrda “The Atlantic” mənbələrə istinadən ABŞ-ın Nikolas Maduronun Venesuela prezidenti kimi "nəzarət altındakı çıxışı"nın onun və tabeliyində olanların təhlükəsizlik zəmanətləri müqabilində mümkünlüyünü müzakirə etdiyini bildirdi.
Noyabrın 6-da ABŞ Senatı Trampın Konqresin təsdiqi olmadan Venesuelaya hərbi hücumlar etməsini qadağan edən qətnaməni blokladı.
3 noyabrda Tramp ABŞ-ın Venesuelaya mümkün müdaxiləsi ilə bağlı qeyri-müəyyən açıqlamalar verdi. CBS-ə verdiyi şərhdə o, müharibə gözləmədiyini, lakin Nikolas Maduronun hakimiyyətdə olduğu günlərin "saylı" olduğuna əmin olduğunu bildirdi.
Almaz Həsənli