Mayami danışıqları: Ukrayna üçün təhlükəsizlik zəmanətləri hələ də həll olunmayıb

Mayami danışıqları: Ukrayna üçün təhlükəsizlik zəmanətləri hələ də həll olunmayıb

07:54
Bəyəndim (1) Bəyənmədim (0)

30 noyabr bazar günü Trampın sülh planını yekunlaşdırmaq üçün Floridada Ukrayna və ABŞ nümayəndə heyətlərinin daha bir görüşü keçirildi. Lakin bir neçə məsələ həll olunmayıb. Bu barədə The Wall Street Journal məlumat verib.

ABŞ rəsmisinin sözlərinə görə, danışıqlarda Ukraynada mümkün yeni seçkilər, eləcə də Rusiya ilə Ukrayna arasında "ərazi mübadiləsi" perspektivləri müzakirə olunub. Lakin, ən azı bir məsələ həll olunmayıb.

Nəşr yazır ki, "Digər vacib məsələlər, o cümlədən ABŞ və Qərb tərəfindən Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin təbiəti, eləcə də Kremlin "işğal olunmuş ərazilərin" beynəlxalq səviyyədə tanınmasını tələb etməyə davam edib-etməyəcəyi həll olunmayıb".

ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar dörd saatdan çox davam edib. ABŞ dövlət katibi Marko Rubio danışıqlarda irəliləyiş əldə etdiklərini bildirib və danışıqların mürəkkəb olduğunu əlavə edib.

WSJ mənbəyi bildirib ki, bazar günü keçirilən danışıqlardan sonra Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff və ABŞ prezidentinin kürəkəni Cared Kuşner danışıqları davam etdirmək üçün bazar ertəsi günü Rusiyaya uçacaqlar.

ABŞ liderinin özü bazar günü bildirib ki, Vitkoff gələn həftə (bu həftənin bazar ertəsi günü) Kreml lideri Vladimir Putinlə görüşəcək.

Əzız MUSTAFA