Tramp üçüncü dünya ölkələrindən ABŞ-a immiqrasiyanın dayandırılmasına söz verib

Tramp üçüncü dünya ölkələrindən ABŞ-a immiqrasiyanın dayandırılmasına söz verib

12:16
Bəyəndim (2) Bəyənmədim (0)


ABŞ prezidenti Donald Tramp, üçüncü dünya ölkələrindən ABŞ-a miqrasiyanı qeyri-müəyyən müddətə dayandıracağını bildirib.
Bu barədə o, "Truth Social" sosial şəbəkəsində yazıb.
Trampın sözlərinə görə, o, həmçinin keçmiş Ağ Ev rəhbəri Co Bayden tərəfindən verilmiş "milyonlarla qeyri-qanuni giriş icazəsini" ləğv etməyi planlaşdırır.
"ABŞ sisteminin tamamilə bərpa olunmasına imkan vermək üçün üçüncü dünya ölkələrindən olan bütün miqrasiyanı dayandıracağam, Baydenin verdiyi, o cümlədən "Yuxulu Co" Baydenin avtoqrafı ilə imzalanmış milyonlarla qeyri-qanuni giriş icazəsini ləğv edəcəyəm", - deyə Tramp yazıb.
O, həmçinin "ABŞ üçün xalis mənfəət olmayan" və ya Amerikaya sevgi bəsləyə bilməyənləri ölkədən çıxarmaq niyyətində olduğunu bildirib. Bundan əlavə, Tramp ABŞ vətəndaşı olmayanlar üçün bütün federal imtiyazları və subsidiyaları ləğv etməyi, həmçinin ölkənin daxili nizamını pozan miqrantların vətəndaşlıqdan məhrum edilməsini planlaşdırır.
Bundan əlavə, Tramp "cəmiyyət üçün yük, təhlükəsizlik təhdidi və ya Qərb sivilizasiyası ilə uyğun olmayan" əcnəbilərin deportasiyası barədə bəyan edib.
Tramp daha əvvəl ABŞ-a gələn miqrantlara nəzarəti ölkənin milli təhlükəsizliyi məsələlərində əsas prioritet adlandırmışdı. Ağ Ev rəhbəri bu bəyanatı Əfqanıstandan gələn bir kişinin Vaşinqtonun mərkəzində Milli Qvardiya hərbçilərinə hücumunun araşdırılması fonunda edib.
Almaz Həsənli