Vaşinqtonda baş verən atışmada yaralanan Milli Qvardiya əsgərlərindən biri vəfat edib

Vaşinqtonda baş verən atışmada yaralanan Milli Qvardiya əsgərlərindən biri vəfat edib

12:11
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Prezidenti Donald Tramp çərşənbə günü Vaşinqtonda baş verən atışmada yaralanan Milli Qvardiya əsgərlərindən birinin vəfat etdiyini açıqladı.

"Qərbi Virciniyadan olan Sara Bekstrom, haqqında danışdığımız Qvardiya əsgərlərindən biri, çox hörmətli, gənc, parlaq bir şəxs, 2023-cü ilin iyun ayında xidmətə başlayan, hər cəhətdən fərqlənən bir insan. O, bu yaxınlarda vəfat etdi", - deyə Tramp Şükranlıq Günündə əsgərlərə müraciətində bildirib.

O, əlavə edib ki, digər qurban həyatı uğrunda mübarizə aparır.

"Çox pis vəziyyətdədir, həyatı uğrunda mübarizə aparır və ümid edirik ki, onun haqqında daha yaxşı xəbərlər alacağıq", - deyə ABŞ Prezidenti bildirib.

Tramp bildirib ki, Vaşinqtondakı hadisələr ABŞ-ın "ölkəmizə daxil olan və orada qalan insanlar üzərində tam nəzarəti təmin etməkdən daha böyük milli təhlükəsizlik prioriteti olmadığını" xatırladır.

Əvvəllər Ağ Evin yaxınlığında atışma baş verdiyi bildirilirdi. Hücum nəticəsində iki Milli Qvardiya əsgəri ağır yaralanıb.

Tramp bildirib ki, Milli Qvardiya əsgərlərini ağır yaralayan "heyvan" bunun üçün çox ağır bədəl ödəyəcək. Bir gün əvvəl xalqa müraciətində o, hökumətin miqrantları deportasiya etmək səylərini ikiqat artıracağına söz vermişdi.

Pentaqon katibi Pit Heqset əvvəllər Trampın hadisədən sonra paytaxta əlavə 500 Milli Qvardiya əsgəri göndərilməsini əmr etdiyini açıqlamışdı.

Əziz MUSTAFA