Polşada dəmir yolunu bombalamaqda ittiham olunan iki ukraynalı qiyabi olaraq həbs edilib
Varşavadakı rayon məhkəməsi ölkənin şərqində dəmir yolunu bombalamaqda ittiham olunan Ukrayna vətəndaşları Yevgeni İ. və Aleksandr K.-nin iki ay müddətinə qiyabi həbsinə qərar verib. Bu barədə Milli Prokurorluğun sözçüsü Artur Kaznovski jurnalistlərə bildirib.
"Məhkəmə prokurorluğun vəsatətini təmin edib və dəmir yolu sabotajında şübhəli bilinən Yevgeni İ. və Aleksandr K.-nin həbs olunduğu tarixdən etibarən iki ay müddətinə müvəqqəti həbs olunması barədə qərar verib", - Kaznovski bildirib. Mətbuat konfransı TVP Info tərəfindən yayımlanıb. Agentliyin mətbuat katibi Pşemıslav Novak əlavə edib ki, prokurorluq bu gün və ya sabah iki ukraynalı üçün Avropa həbs orderi tələbini Varşava Rayon Məhkəməsinə təqdim edəcək.
16 noyabr səhəri Varşavanın Mazovetski voyevodalığında qatar maşinisti Ukrayna ilə sərhəddə yerləşən Dorohusk sərhəd keçid məntəqəsinə aparan relslərdə zədə aşkar edib. Yol hərəkəti dayandırılıb və heç kim xəsarət almayıb. 17 noyabrda Polşanın Baş naziri Donald Tusk partlayış nəticəsində relslərin zədələndiyini açıqlayıb və hadisəni təxribat adlandırıb. Partlayışı törədənlər Ukrayna vətəndaşları Oleksandr K. və Yevgen B. Belarus sərhədindəki Terespol sərhəd keçid məntəqəsindən keçərək Polşanı tərk ediblər.
Əziz Mustafa
























.jpg)
.jpg)
.jpg)
































.jpg)
.jpg)
.jpg)



















