Rafael Qrossi BMT-nin yeni Baş katibi ola bilər

Rafael Qrossi BMT-nin yeni Baş katibi ola bilər

15:39
Bəyəndim (3) Bəyənmədim (0)


Argentina Xarici İşlər Nazirliyi bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA, MAQATE) hazırkı rəhbəri Rafael Qrossi rəsmi olaraq BMT Baş katibi vəzifəsinə namizəd olub.
Argentina Xarici İşlər Nazirliyi bildirib ki, "Argentina Respublikası 2027-2031-ci illər üçün BMT Baş katibi vəzifəsinə səfir Rafael Qrossinin namizədliyini təqdim etmək şərəfinə nail olub...".
RİA Novosti xəbər verir ki, Argentina Xarici İşlər Nazirliyi onun seçilməsi üçün əsas şərtlərin 40 ildən çox xidmət müddətində göstərdiyi diqqətəlayiq karyera olduğunu və Qrossinin əsas nailiyyətlərinin açıq və effektiv idarəetmə yolu ilə sülhə və təhlükəsizliyə yönəldiyini izah edib.
Bəyanatda deyilir ki, MAQATE-nin hazırkı rəhbəri dərin biliyə malikdir: münaqişəli vəziyyətlərdə və ciddi beynəlxalq böhranlarda səmərəli işi, texniki səriştəsi və BMT Nizamnaməsinə sadiqliyi onu təşkilatın Baş katibi vəzifələrini yerinə yetirmək üçün əla namizəd edir.
Xatırladaq ki, BMT yeni Baş Katibin seçilməsi prosesinə başlayır. Seçkilər gələn ilin iyul ayının sonunda keçiriləcək. Hazırda BMT-nin rəhbəri António Quterreşdir, onun Baş Katib vəzifəsi 13 aydan sonra, 31 dekabr 2026-cı ildə başa çatır.
Almaz Həsənli