Rusiyada OMON məscidə hücum edərək namaza qılanları zorla hərbi komissarlığa gətiriblər : Onları Ukrayna ilə müharibəyə göndərəcəklər
Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin Ekstremizmə Qarşı Mübarizə Mərkəzinin əməkdaşları, Rusiya İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin, prokurorluğun, cinayət axtarış şöbəsinin və Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin əməkdaşları ilə birlikdə, Rusiya Qvardiyasının Peresvet və Rusiç Xüsusi Təyinatlı Polis Dəstələrinin güc dəstəyi və Moskva vilayəti Şəhər Təhlükəsizliyi Regional İdarəsinin və Elektrostal Şəhər Rayon Xalq Milisinin iştirakı ilə Karl Marks küçəsində yerli müsəlman dini təşkilatı olan Elektrostal Müsəlman İcmasında genişmiqyaslı yoxlama aparıblar. Məsciddə namaz qılanları yoxlama adı altında zorla hərbi komissarlığa gətiriblər. Onların əksər hissəsinin müxtəlif bəhanələr altında Ukrayna ilə cəbhəyə göndəriləcəyi gözlənilir.
Məscidə OMON hücumu nəticəsində 575 vətəndaş yoxlanılıb, onlardan 209-u əcnəbi olub.
"Yoxlama" zamanı İmmiqrasiya qanunvericiliyini pozma əlamətləri olan 15 nəfər və Rusiya vətəndaşlığına xitam verilmiş bir nəfər müəyyən edilib, 18 nəqliyyat vasitəsi yoxlanılıb və bir sürücünün maşını sənədsiz idarə etdiyi müəyyən edilib.
Otuz yeddi nəfər Boqorodski Şəhər Rayon Hərbi Komissarlığına aparılıb, onlardan 34-ü hərbi qeydiyyat üçün çağırış vərəqəsi alıb. Onlar Rusiya ordusu tərkibində döyüşmək üçün Ukrayna cəbhəsinə göndəriləcəklər.
Buna paralel olaraq Dini təşkilatın missionerlik fəaliyyəti Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 5.26-cı maddəsinin 4-cü hissəsinə əsasən inzibati xəta təşkil edib. Torpaq sahəsi guya təyinatı üzrə istifadə edilməyib ki, bu da Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 8.8-ci maddəsinin 1-ci hissəsinin pozulmasıdır.
Yerli dini təşkilatların fəaliyyətinin yoxlanılması, eləcə də Moskva vilayətində immiqrasiya qanunlarının pozulmasının aşkarlanması və qarşısının alınması tədbirləri davam etdiriləcək. Belə qondarma iddialarla yaxın günlərdə məscidin fəaliyyətinin qadağan olunacağı gözlənilir.
Əziz MUSTAFA

























.jpg)
.jpg)
.jpg)




























.jpg)
.jpg)
.jpg)
























.jpg)