Trampa Corciyada 2020-ci il seçkilərinə müdaxilə ilə bağlı ittihamlar ləğv edildi
ABŞ Prezidenti Donald Trampa Corciyada 2020-ci il prezident seçkilərinə müdaxilə ilə bağlı irəli sürülən bütün ittihamlar dövlət ittihamçısı tərəfindən ləğv edilib. Bu barədə “Reuters” noyabrın 26-da məlumat yayıb.
Corciya ştatının prokuroru Piter Skandalakis bildirib ki, "mövcud prezidentin məhkəmə prosesində iştirak etmək üçün Corciyaya gəlməyə məcbur ediləcəyi real perspektiv yoxdur", buna görə də işin davam etdirilməsi "boş və məhsuldar olmayacaq".
"Baxılan hüquqi məsələlərin mürəkkəbliyini nəzərə alaraq... bu işin 2029, 2030 və ya hətta 2031-ci ildə andlılar məhkəməsinə təqdim edilməsi böyük bir çevikliyin təzahürü olardı", - deyə prokurorun CNN-ə sitat gətirilən bəyanatında bildirilir. Skandalakis əlavə edib ki, məhkəmə bu qərarı təsdiqləyib.
Trampaın vəkili Stiv Sadou ittihamların ləğv edilməsini alqışlayıb və işin əslində başlanmamalı olduğunu bildirib.
Corciyanın Fulton dairəsinin prokuroru Fani Uillis 2021-ci ildə prezident seçkilərinə iddia olunan müdaxilə ilə bağlı istintaqa başlayıb. Trampa və onun 18 tərəfdarına qarşı ittihamlar avqust 2023-cü ildə irəli sürülüb. İttihamlar siyahısına, xüsusən də Corciyanın mütəşəkkil cinayətkarlıq və korrupsiya ilə mübarizə haqqında qanununu pozmaq daxil idi.
Almaz Həsənli





















.jpg)
.jpg)
.jpg)




























.jpg)
.jpg)
.jpg)




























.jpg)