Honkonqda dəhşətli yanğına görə üç nəfər həbs edilib
Honkonq polisi Tai Po rayonundakı yaşayış kompleksində baş verən böyük yanğında iştirak etməkdə şübhəli bilinən üç kişini həbs edib. Onlar adam öldürmə ittihamı ilə həbs olunublar. Bu barədə Reuters agentliyi məlumat yayıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, saxlanılanlar arasında iki tikinti şirkətinin direktoru və 52-68 yaşlarında bir məsləhətçi mühəndis var.
Polisin baş rəisi Eileen Chung binaların xarici hissəsində yanğına davamlı olmayan qoruyucu plyonkaların və torların tapıldığını qeyd edib. Pəncərələrdə də köpük təbəqələri tapılıb.
Yanğın çərşənbə günü günortadan sonra 32 mərtəbəli binanın iskelesində baş verib. Güman ki, güclü külək səbəbindən yanğın kompleksdəki səkkiz binadan yeddisinə yayılıb. Ən azı 44 nəfər ölüb, daha 279 nəfər itkin düşüb.
Yüzlərlə yanğınsöndürən, polis və paramedik hadisə yerinə təxminən 200 yanğınsöndürmə maşını və 100-dən çox təcili yardım maşını cəlb olunaraq xilasetmə işləri gecə boyu davam edib.
Cümə axşamı səhəri vəziyyət qismən sabitləşib, lakin yanğınsöndürmə işləri davam edir. Ən azı 29 nəfər xəstəxanaya yerləşdirilib. Təxminən 900 sakin müvəqqəti sığınacaqlara təxliyə edilib.konqda dəhşətli yanğına görə üç nəfər həbs edilib.
Əziz MUSTAFA













.jpg)
.jpg)
.jpg)


















.jpg)
.jpg)
.jpg)

























.jpg)
.jpg)
.jpg)

















.jpg)