Borçalıda arxeoloqlar naməlum simvollu qədim lövhə aşkar ediblər
Gürcüstanın Dmanisi rayonundakı Başplemi gölü yaxınlığında arxeoloqlar bazaltdan hazırlanmış qədim lövhə aşkar ediblər. Lövhədə heç bir tanınmış əlifbaya aid olmayan 39 simvol həkk olunub. Tədqiqatçılar hesab edirlər ki, bu yazılar naməlum dilin sirrini açmaqda açar rol oynaya bilər. Bu barədə noyabrın 22-də "Popular Mechanics" jurnalı məlumat yayıb.
22,9 × 20 sm ölçüdə olan lövhə yerli məsaməli bazaltdan hazırlanıb və yeddi üfüqi mətn sırasından ibarətdir. "Journal of Ancient History and Archaeology" jurnalındakı məlumata görə, 60 simvoldan 39-u unikal olub, bəziləri isə rəqəmlərə və ya durğu işarələrinə bənzəyir ki, bu da erkən əlifbanın mövcudluğuna işarə edə bilər.
Mütəxəssislər tərəfindən aparılan ilkin təhlil göstərib ki, simvolların sami, brahman, şimali-iberiya yazıları, həmçinin Yaxın Şərq, Hindistan, Misir və İberiyanın qədim sistemlərinin işarələrinə bənzəyən ayrı-ayrı cəhətləri var.
Tədqiqatçılar ən böyük oxşarlığı eramızdan əvvəl IV minillikdə mövcud olmuş, qədim Gürcüstan və İberiya ərazisində yayılmış protokartvel yazıları ilə görürlər. Finikiya, aramey və yunan əlifbaları ilə də paralellər mövcuddur.
Arxeoloqlar qeyd edirlər ki, həkk işi fövqəladə dəqiqliklə yerinə yetirilib: simvolları oymaq üçün konusvari burğu və hamar, dairəvi başlıqlı alət daxil olmaqla mürəkkəb alətlərdən istifadə oluna bilər. Bu səviyyədə bacarıq qədim sənətkarların yüksək texnoloji qabiliyyətlərinə işarə edir.
Dmanisi rayonu arxeoloqlara uzun müddətdir ki, məlumdur: məhz burada əvvəllər Avropada 1,8 milyon il yaşı olan ən qədim insan qalıqlarından bəziləri aşkar edilmişdi. Yeni tapıntı bu yerə marağı daha da artırır.
Simvolların mənası hələ də sirr olaraq qalır. Tədqiqat müəlliflərinin fikrincə, yazı hərbi qəniməti, mühüm tikinti layihəsini və ya bir ilaha hədiyyəni təsvir edə bilər, lakin dəqiq təfsir üçün əlavə tədqiqatlar tələb olunur.
Almaz Həsənli



























.jpg)
.jpg)
.jpg)

























.jpg)
.jpg)
.jpg)























.jpg)