Analitiklər ilk qatlanan iPhone-un qiymətini açıqlayıblar
Apple-dan olan ilk qatlanan iPhone-un gələn il çıxması gözlənilir və bu, seriyadakı ən bahalı cihaz ola bilər. “Fubon Research” analitik şirkətinin hesabatına görə, yeni məhsulun təxmini qiyməti 2399 dollar (4078 manat -red.) olacaq ki, bu da hazırkı bazar qiymətlərini əhəmiyyətli dərəcədə üstələyir.
Oxuməni.az-ın verdiyi məlumata görə, bu barədə "9to5Mac" məlumat yayıb.
Belə bir proqnoz təchizat zəncirinin analizi və Apple-ın ənənəvi olaraq yüksək marjaları əsasında hazırlanıb. Əgər bu proqnoz təsdiqlənərsə, qatlanan iPhone, 1199 dollar (2038 manat- red.) qiymətində olan flaqman iPhone 17 Pro Max-dan demək olar ki, iki dəfə baha olacaq. Təhmin edilən qiymət həmçinin əsas rəqiblərin qiymətlərini də əhəmiyyətli dərəcədə üstələyir: Samsung Galaxy Z Fold7 (1999 dollar və ya 3398 manat) və Pixel 10 Pro Fold (1799 dollar və ya 3058 manat).
Yüksək qiymət cihazın bazardakı mövqeyinə təsir göstərə bilər. Ekspertlərin fikrincə, şirkət yeni məhsul üçün iPhone Ultra adını istifadə edə bilər ki, bu da onun premium statusunu və texnoloji irəliləyişini vurğulamaq məqsədini güdür. Yeni məhsulun texnoloji xüsusiyyətləri, o cümlədən ekranın qatının olmaması ehtimalı, yekun qiymətin formalaşmasına da təsir göstərə bilər.
Cihazın rəsmi xüsusiyyətləri və qiyməti onun təqdimatından sonra, gələn il planlaşdırılan təqdimat zamanı məlum olacaq.
Almaz Həsənli






















.jpg)
.jpg)
.jpg)






















































.jpg)
