Malayziya gələn ildən 16 yaşdan kiçik şəxslər üçün sosial şəbəkələri qadağan edəcək

Malayziya gələn ildən 16 yaşdan kiçik şəxslər üçün sosial şəbəkələri qadağan edəcək

14:54
Bəyəndim (3) Bəyənmədim (0)

Malayziya gələn ildən etibarən 16 yaşdan kiçik istifadəçilər üçün sosial şəbəkələri qadağan etməyi planlaşdırır. Beləliklə, ölkə uşaqların təhlükəsizliyi ilə bağlı narahatlıqlar səbəbindən rəqəmsal platformalara girişi məhdudlaşdırmaq qərarına gələn ölkələrin artan siyahısına qoşulur.

Bu barədə ölkənin rabitə naziri Fahmi Fadzil məlumat verib, “New Straits Times” xəbər verir.

Nazir bazar günü bildirib ki, hökumət Avstraliya və digər ölkələrdə sosial şəbəkələrdən istifadəyə yaş məhdudiyyətləri tətbiq etmək üçün istifadə olunan mexanizmləri nəzərdən keçirir. O, gəncləri kibertəcavüz, maliyyə dələduzluğu və uşaqların cinsi istismarı kimi onlayn zərərlərdən qorumaq zərurətini vurğulayıb.

"Ümid edirik ki, gələn ilə qədər sosial şəbəkə platformaları 16 yaşdan kiçik şəxslərin istifadəçi hesabları açmasını qadağan edən hökumət qərarını yerinə yetirəcək", - deyə o bildirib.

Almaz Həsənli