Türkiyə İsrailin istəklərinə baxmayaraq Qəzzaya qoşun göndərməyə hazırdır

Türkiyə İsrailin istəklərinə baxmayaraq Qəzzaya qoşun göndərməyə hazırdır

14:50
Bəyəndim (3) Bəyənmədim (0)


Türkiyə İsrailin müqavimətinə baxmayaraq Qəzza zolağına qoşun göndərməyə hazır olduğunu bəyan edib və ABŞ-ın dəstəyini gözləyir.
“Bloomberg”-in məlumatına görə, Türkiyənin Beynəlxalq Sabitləşdirmə Qüvvələrində (ISAF) iştirakı məsələsi olduqca mübahisəlidir. İsrail Türkiyə qoşunlarının qüvvələrə qoşulmasına qəti şəkildə qarşıdır.
İsrail xarici işlər naziri Gideon Saar ötən ay bildirib: "Ərdoğanın rəhbərlik etdiyi Türkiyə İsrailə qarşı düşmən mövqeyi tutub. Biz onların silahlı qüvvələrinin Qəzza zolağına girməsinə icazə verməyəcəyik və bu barədə Amerikalı tərəfdaşlarımızı məlumatlandırmışıq."
Buna baxmayaraq, ABŞ Türkiyənin ötən ay Qəzzada atəşkəs əldə etməsindən sonra Misir və Qətərlə birlikdə yaradılan ISAF-da iştirakını dəstəkləyir. Yerləşdirməyə döyüş və mühəndislik bölmələri daxildir.
Eyni zamanda, Türkiyə ABŞ-ın beynəlxalq qüvvələr tam yerləşdirilənə qədər İsrailin anklava qarşı daha çox hərbi hücumlarının qarşısını almasını gözləyir. Türkiyə rəsmiləri bildirir ki, cəlb oluna biləcək qoşunların əksəriyyəti müsəlmandır.
Almaz Həsənli