Makron könüllü hərbi xidməti elan etməyə hazırlaşır

Makron könüllü hərbi xidməti elan etməyə hazırlaşır

11:29
Bəyəndim (2) Bəyənmədim (0)


Fransa Prezidenti Emmanuel Makron könüllü hərbi xidmətin tətbiqini elan etməyə hazırlaşır, yaxın günlərdə bu barədə açıqlama verilə bilər.
Oxuməni.az-ın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, “Le Figaro” bu barədə mənbələrə istinadən məlumat yayıb.
Mənbələrə görə, Makron bu açıqlamanı 27 noyabr cümə axşamı günü verə bilər. G20 sammitinin kənarında Fransa prezidenti layihənin son bir neçə ay ərzində "qeyri-müəyyənlik" və "artan gərginlik" ilə xarakterizə olunan qlobal təhlükəsizlik kontekstində müzakirə olunduğunu açıqlayıb.
"Yaşadığımız qeyri-müəyyənlik və artan gərginliklərlə dolu dünyada, həqiqətən təhlükəsiz olmaq istəyiriksə, başqalarını işğala qarşı xəbərdar etməliyik... Fransa güclü ordusu olan, eyni zamanda birgə hərəkət etmək qabiliyyətinə malik güclü bir dövlət olaraq qalmalıdır", Makron deyib.
Almaz Həsənli