Banqladeşdə zəlzələ nəticəsində on nəfər həlak olub
Banqladeşin Narsinqdi rayonunda baş verən zəlzələ nəticəsində 10 nəfər ölüb, təxminən 350 nəfər yaralanıb, aa.com.tr xəbər verir.
ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, 5,5 bal gücündə zəlzələnin episentri Narsinqdidən təxminən 14 kilometr cənub-qərbdə, təxminən 10 kilometr dərinlikdə olub. Banqladeş Meteorologiya Xidməti zəlzələnin maqnitudasını 5,7 bal olaraq qiymətləndirib və episentri paytaxt Dəkkədən təxminən 25 kilometr aralıda yerləşdirib.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, Narsinqdi, Banşal, Muqda və Narayanqanc rayonlarında binaların uçması nəticəsində 10 nəfər həlak olub. Zəlzələlər ölkənin bir çox yerində hiss olunub.
Əziz Mustafa
Digər xəbərlər





























.jpg)











.jpg)
.jpg)































.jpg)





