G20 Zirvə görüşünün iştirakçıları BMT Təhlükəsizlik Şurasının genişləndirilməsinə çağırırlar
G20 Zirvə Görüşünün iştirakçıları BMT Təhlükəsizlik Şurasının Afrika, Asiya-Sakit Okean regionu, Latın Amerikası və Karib dənizi ölkələrini əhatə etməklə genişləndirilməsini tələb ediblər. RİA Novosti xəbər verir ki, bu, yekun bəyannamədə qeyd olunub.
Sənəddə deyilir ki, yenilənmiş Təhlükəsizlik Şurası 21-ci əsrin reallıqlarını əks etdirməli və təşkilatın bütün üzvləri üçün daha "inklüziv, effektiv, səmərəli, demokratik" və şəffaf olmalıdır.
Bəyannamədə deyilir: "Biz Təhlükəsizlik Şurasının genişləndirilməsinə çağırırıq ki, bu da Afrika, Asiya-Sakit Okean regionu, Latın Amerikası və Karib dənizi kimi az təmsil olunan və təmsil olunmayan regionların və qrupların təmsilçiliyini yaxşılaşdıracaq".
G20 sammiti 22-23 noyabr tarixlərində Yohannesburqda keçirilib. Rusiya nümayəndə heyətinə Prezident Administrasiyasının rəhbərinin müavini Maksim Oreşkin rəhbərlik edir.
ABŞ Cənubi Afrikada ağdərili insanlara qarşı iddia edilən insan haqlarının pozulması səbəbindən sammiti boykot etdi. ABŞ prezidenti Donald Tramp sammiti "tam rüsvayçılıq" adlandırdı. O, həmçinin 2026-cı ildə Mayamidə G20 sammitinə ev sahibliyi etməyi səbirsizliklə gözlədiyini bildirdi.
Əziz Mustafa


























.jpg)











.jpg)
.jpg)































.jpg)
.jpg)
.jpg)






