Qazaxıstan Ermənistana birbaşa uçuşları bərpa edə bilər

Qazaxıstan Ermənistana birbaşa uçuşları bərpa edə bilər

15:00
Bəyəndim (2) Bəyənmədim (0)


Qazaxıstan hakimiyyəti Ermənistana birbaşa uçuşları bərpa etməyi düşünür, lakin bu, yalnız Ermənistan subsidiyalar verərsə mümkündür. Oxuməni.az Qazaxıstan mediasına istinadən xəbər verir ki, Qazaxıstanın milli iqtisadiyyat naziri Serik Jumangarin bunu 21 noyabrda jurnalistlərlə söhbətində bildirib.
Nazir Serik Jumangarin bildirib ki, Qazaxıstan aviaşirkətləri Ermənistana birbaşa uçuşlar həyata keçirməyə başlaya bilər, lakin vacib bir şərt yerinə yetirilməlidir.
O, birbaşa uçuşların bərpasının vacib olduğunu qeyd edərək, bu cür uçuşların əvvəllər həyata keçirildiyini, lakin hazırda müvəqqəti olaraq dayandırıldığını xatırladıb.
"Problem ondadır ki, Yerevan hava limanında xidmət çox bahadır", - Jumangarin deyib.
Nazirin sözlərinə görə, bu, adambaşına 65 dollara, təyyarə yanacağının bir tonuna isə 1248 dollara başa gəlir. Rəsmi şəxs vurğulayıb ki, bu qiymətlərlə subsidiyalar zəruridir və bu məsələ müzakirə olunur.
"Həm SCAT, həm də FlyArystan bu şərtlər altında uçuşlara başlamağa hazırdır", - Serik Jumangarin bildirib.
Almaz Həsənli