AB Roşina və digər mülki şəxslərin ölümündə əli olan rusiyalılara qarşı sanksiyalar tətbiq edib

AB Roşina və digər mülki şəxslərin ölümündə əli olan rusiyalılara qarşı sanksiyalar tətbiq edib

10:22
Bəyəndim (1) Bəyənmədim (0)

AB, insan hüquqlarının pozulmasında və vətəndaş cəmiyyətinə qarşı repressiyalarda əli olan vəzifəli şəxslərə və məhkəmə üzvlərinə qarşı yeni sanksiyalar tətbiq edərək, Rusiyaya təzyiqi artırıb. Bu barədə AB Şurası və Avropa Şurasının veb saytı məlumat yayıb. AB Şurası bu gün sanksiya siyahısını genişləndirərək, Rusiyada ciddi insan hüquqlarının pozulmasında və repressiyalarda məsul olan on şəxsi əlavə edib.

Onların arasında Rostov vilayəti üzrə Federal Penitensiar Xidmətinin Baş İdarəsinin yüksək vəzifəli şəxsləri, o cümlədən 2 saylı İstintaq Təcridxanasının əməkdaşları da var.
Dindirmələr zamanı məhbuslar iddia edilən müharibə cinayətləri, terror aktları və digər cinayətləri etiraf etmək məqsədilə həm psixoloji, həm də fiziki təzyiqə məruz qalıblar.

Ukraynalı araşdırmaçı jurnalist Viktoriya Vladimirovna Roşina da daxil olmaqla, ən azı 15 məhbus zorakılıq nəticəsində ölüb.
Sanksiyalar, həmçinin Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı mövqeyini açıq şəkildə ifadə etdiyinə görə üç il həbs cəzasına məhkum edilmiş Moskvanın Krasnoselski rayonunun keçmiş deputatı Aleksey Qorinovun cinayət təqibində əsas rol oynayan məhkəmə məmurlarını da hədəfə alıb.

Bundan əlavə, siyahıya müxalifət lideri Aleksey Navalnı və onun fondu ilə əlaqəli jurnalistlərin və fəalların təqibində iştirak edən şəxslər daxildir.
Siyahıya daxil olanların aktivləri dondurulub və AB vətəndaşlarına və şirkətlərinə onlara vəsait ayırmaq qadağandır. Avropa Birliyi ölkələrinə giriş və tranzit qadağası da tətbiq olunur.

Əziz MUSTAFA