Livan Ordusu ölkənin ən böyük narkotik tacirini həbs edib

Livan Ordusu ölkənin ən böyük narkotik tacirini həbs edib

15:34
Bəyəndim (1) Bəyənmədim (0)

Livan ordusu ölkənin ən böyük narkotik taciri kimi tanınan Nouh Zaiterin həbsi ilə nəticələnən əməliyyat keçirib. Bu barədə Livanın Al Jadeed televiziya kanalı məlumat verib.

"Nouh Zaite Livan ordusu tərəfindən Baalbekdə xüsusi əməliyyat nəticəsində saxlanılıb", kanal bildirib.

Nouh Zaite ölkənin ən təhlükəli və nüfuzlu cinayətkarlarından biri kimi tanınır. O, Livanın şərqində yerləşən Bekaa Vadisində qanunsuz narkotiklərin istehsalı və ticarəti ilə məşğul olan böyük bir şəbəkəyə rəhbərlik edir. Zaite silahlı qruplar üzərində nəzarəti və bölgədəki təsiri sayəsində uzun müddət həbsdən uğurla yayındı.

Bəzi media orqanları onun fəaliyyətinin müxtəlif siyasi qüvvələrlə əlaqəli olduğunu iddia ediblər. Livan hərbi məhkəməsi əvvəllər Zaiteri narkotik və silah qaçaqmalçılığı, eləcə də silahlı münaqişələrdə iştirak etdiyinə görə qiyabi olaraq ömürlük həbs cəzasına məhkum etmişdi.

Əziz Mustafa