Rusiyada qanunsuz olan 19 mindən çox xarici vətəndaş deportasiya edilib
Rusiya Daxili İşlər Nazirliyinin sözçüsü İrina Volk özünün Telegram kanalında bildirib ki, "Qanunsuz-2025" əməliyyatı çərçivəsində 2025-ci ilin iyun ayından oktyabr ayına qədər Rusiyada qanunsuz olan 19 mindən çox xarici vətəndaş deportasiya edilib.
Bəyanatda deyilir: "Miqrasiya qanunvericiliyinin 128 mindən çox pozuntusu aşkar edilib. Xarici vətəndaşların Rusiya Federasiyasından inzibati qaydada çıxarılması və deportasiyası ilə bağlı 19 mindən çox qərar qəbul edilib".
Volkun sözlərinə görə, aşkar edilən pozuntuların 100 mini ölkəyə giriş-çıxış, tranzit və ölkədə qalma ilə bağlı olub. O qeyd edib ki, qalan 28 min pozuntu əcnəbilərin işə götürülməsi ilə bağlı qeydə alınıb.
Daxili İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, əməliyyat zamanı qanunsuz miqrasiyanın təşkili ilə bağlı təxminən 4800 cinayət işi və digər cinayətlərlə (qanunsuz narkotik və silah ticarəti, sərhədi qanunsuz keçmə, eləcə də terrorizm və ekstremizm) bağlı daha 1500 cinayət işi açılıb.
Bundan əlavə, hüquq-mühafizə orqanlarının əməkdaşları federal səviyyədə axtarışda olan 673, ştatlararası səviyyədə 329 və beynəlxalq səviyyədə 37 nəfəri müəyyən ediblər.
Əziz MUSTAFA































.jpg)
.jpg)
.jpg)

























.jpg)
.jpg)
.jpg)



















