Danimarka sosial-demokratları 100 ildə ilk dəfə Kopenaqendə hakimiyyəti itirdi

Danimarka sosial-demokratları 100 ildə ilk dəfə Kopenaqendə hakimiyyəti itirdi

15:48
Bəyəndim (2) Bəyənmədim (0)


Danimarkada keçirilən bələdiyyə seçkilərinin nəticələrinə görə, Danimarka hökumətinə rəhbərlik edən Sosial-demokrat partiyası son əsrdə ilk dəfə Kopenaqendə hakimiyyəti itirib.
Sosial-demokratlar Kopenaqendə keçirilən yerli seçkilərdə cəmi 12,7% səs toplayıb ki, bu da əvvəlki seçkilərə nisbətən üç faiz bəndi azdır.
Danimarka paytaxtında keçirilən seçkilərdə ilk yeri Sosialist Xalq Partiyası tutub və onun nümayəndəsi Kopenaqen meri postunu tutacaq.
Sosial-demokratlar 100 ildən çox fasiləsiz Kopenaqeni idarə ediblər və bu vəzifə 1938-ci ildə təsis olunduqdan bəri paytaxt merinin postunu tutublar.
Ümumilikdə ölkə üzrə baş nazir Mette Frederiksenin partiyası 98 yerli özünüidarə orqanından 26-da hakimiyyəti qoruyub saxlamağı bacarıb. Əvvəlki seçkilərdən sonra sosial-demokratlar 44 özünüidarə orqanına nəzarət edirdilər. Sosial-demokratlar bütün Danimarka siyasi partiyaları arasında yerli səviyyədə ən böyük dəstəyi saxlayırlar, baxmayaraq ki, əvvəlki seçkilərlə müqayisədə onların səs payı 28,4%-dən 23,2%-ə düşüb.
Frederiksen partiyanın populyarlığının azalmasının səbəbi kimi ərzaq qiymətlərinin artması və regional bərabərsizliyi göstərib.
Almaz Həsənli