COP31 Türkiyədə keçiriləcək
Türkiyə gələn il COP31 iqlim sammitinə ev sahibliyi edəcək, Avstraliya isə hökumətlərarası danışıqlara rəhbərlik edəcək. “Reuters”-ə istinadən Oxuməni.az xəbər verir ki, bunu Avstraliya Baş naziri Entoni Albanese bildirib.
Albanesenin sözlərinə görə, tərəflər kompromisə gələ biliblər: Türkiyə COP31-in sədri olacaq, ilkin tədbirlər Sakit Okean regionunda keçiriləcək və Avstraliya hökumətlərarası danışıqlara rəhbərlik mandatını alacaq. Baş nazir qeyd edib ki, "Bizim tapdığımız həll Avstraliya və Türkiyə üçün böyük qələbədir".
Agentlik COP31-in Türkiyənin Antaliya şəhərində keçirilməsinin planlaşdırıldığını dəqiqləşdirir.
Almaz Həsənli
Digər xəbərlər






























.jpg)
.jpg)
.jpg)

























.jpg)
.jpg)
.jpg)




















