Kelloq Ukrayna üzrə xüsusi nümayəndə vəzifəsindən ayrılacaq
ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq, səlahiyyət müddəti başa çatdıqdan sonra, 2026-cı ilin yanvarında Donald Tramp administrasiyasından ayrılacaq. Kelloqun istefa niyyəti barədə dörd məlumatlı mənbəyə istinadən “Reuters” agentliyi xəbər verib.
Qeyd olunur ki, istefada olan general-leytenantın ayrılması Kiyev üçün itki olacaq, çünki o, Tramp administrasiyasında Ukraynanın əsas tərəfdarlarından biri hesab olunurdu. Kelloq, hazırkı administrasiyanın digər nümayəndələrindən daha qəti şəkildə Rusiya tərəfindən Ukraynanın mülki infrastrukturuna edilən hücumları pisləyirdi.
KİV-in məlumatına görə, Kelloq, Ukraynanın ərazi güzəştlərini nəzərdə tutan yeni sülh planını təbliğ edən ABŞ prezidentinin digər xüsusi elçisi Stiv Uitkoff ilə münaqişə yaşayıb. ABŞ prezidentinin xüsusi elçisi, Senat tərəfindən uzadıla bilən, 360 gündən çox olmayan müddətə təyin olunan müvəqqəti bir vəzifədir.
Almaz Həsənli




























.jpg)
.jpg)
.jpg)

























.jpg)
.jpg)
.jpg)






















