Müharibə Rusiyanın silah bazarını dağıtdı
Reuters agentliyi Rostec-in baş direktoru Sergey Çemezovun açıqlamasına istinadən xəbər verir ki, Rusiya 2022-ci illə müqayisədə silah ixracını təxminən yarıya qədər azaldıb.
Onun sözlərinə görə, Ukraynaya qarşı müharibə fonunda Rusiya müdafiə şirkətləri diqqətlərini daxili bazara yönəldiblər. "Məhsullarımızın əksəriyyətini orduya tədarük etməyə məcburuq", - deyə Çemezov bildirib və Qərb sanksiyalarının müdafiə sənayesi şirkətlərinin fəaliyyətini xeyli çətinləşdirdiyini qeyd edib.
Tammiqyaslı işğaldan əvvəl Rusiya silah ixracından ildə təxminən 14 milyard dollar qazanırdı və dünyanın ən böyük silah tədarükçülərindən biri idi. Lakin açıq mənbələrə görə, satış həcmi 2024-cü ildə təxminən 1 milyard dollara düşüb ki, bu da 2021-ci illə müqayisədə 92% azalma deməkdir. Ümumilikdə, 2022-2024-cü illər üçün azalma 47%, son beş ildə isə təxminən 64% təşkil edib.
Rusiyanın qlobal silah bazarındakı payı 21%-dən 7,8%-ə düşüb ki, bu da onilliklər boyu ən böyük üç silah ixracatçısı arasında olan və beynəlxalq "hərbi" imicini buna əsaslanan bir ölkə üçün görünməmiş bir azalmadır.
Əziz Mustafa































.jpg)
.jpg)
.jpg)

























.jpg)
.jpg)
.jpg)



















