Uitkoff Zelenski ilə Türkiyədə görüşünü ləğv edib
“Axios” xəbər verir ki, ABŞ Prezidentinin elçisi Stiv Uitkoffun Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü bu gün baş tutmayacaq. “Reuters” bir gün əvvəl cənab Uitkoffun 19 noyabrda Türkiyədə cənab Zelenski ilə görüşəcəyini bildirmişdi.
Mənbələr “Axios”-a bildiriblər ki, "Uitkoffun çərşənbə günü Türkiyədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməsi planlaşdırılırdı, lakin səfəri təxirə saldı". Nəşr qeyd edir ki, həm ABŞ, həm də Ukrayna rəsmiləri bunu təsdiqləyiblər.
“Axios”-un mənbələrindən biri də təsdiqləyib ki, bu həftənin əvvəlində Uitkoff Ukraynanın keçmiş müdafiə naziri və Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Rüstəm Umerovla Mayamidə görüşüb. Eyni məqalədə “Axios” ABŞ administrasiyasının Ukrayna üçün sülh planı hazırlamaq üçün Moskva ilə əməkdaşlıq etdiyini bildirib.
Almaz Həsənli
























.jpg)
.jpg)
.jpg)
























































