“Cloudflare”-in genişmiqyaslı pozulmasının səbəbi açıqlanıb

“Cloudflare”-in genişmiqyaslı pozulmasının səbəbi açıqlanıb

10:36
Bəyəndim (2) Bəyənmədim (0)


Amerikan bulud xidməti Cloudflare-də baş verən genişmiqyaslı pozulmanın səbəbi, təhlükəli trafikin idarə edilməsi üçün avtomatik olaraq yaradılan konfiqurasiya faylı olub.
Oxuməni.az-ın məlumatına görə, bu barədə xidmətin mətbuat xidmətindən bildirilib.
Mətbuat xidmətindən verilən məlumata görə, pozulma konfiqurasiya faylının ölçüsünün gözləniləndən böyük olması səbəbindən yaranıb. Bu isə Cloudflare-in bir sıra xidmətlərinin trafikini emal edən proqram təminatının işində pozulmaya səbəb olub.
"Aydınlıq gətirmək üçün qeyd edək ki, bunun bir hücumun nəticəsi olduğuna və ya zərərli fəaliyyətlə bağlı olduğuna dair heç bir dəlil yoxdur", - deyə Cloudflare-dən bildirilib.
Onlar qeyd ediblər ki, baş verənlərdən sonra təbii trafik artımı səbəbindən bəzi xidmətlər qısa müddətə pozulmalarla işləyə bilər. Lakin Cloudflare bir neçə saat ərzində bütün xidmətlərin normal vəziyyətə qayıdacağını gözləyir.
Bu gün Cloudflare-də baş verən pozulma səbəbindən dünya üzrə bəzi saytlar, o cümlədən musiqi axın xidməti Spotify, sosial şəbəkə X, oyun platformaları League of Legends, Valorant və Faceit işləməyib. Bəzi istifadəçilər ChatGPT neyron şəbəkə modelinin işində fasilələr barədə məlumat veriblər. Pozulmanın aradan qaldırılması barədə Cloudflare axşam saatlarında məlumat verib.
Almaz Həsənli