Səudiyyə Ərəbistanı ABŞ-ın NATO-ya üzv olmayan əsas müttəfiqləri arasında yer alıb

Səudiyyə Ərəbistanı ABŞ-ın NATO-ya üzv olmayan əsas müttəfiqləri arasında yer alıb

10:48
Bəyəndim (1) Bəyənmədim (0)

Donald Tramp Səudiyyə Ərəbistanına NATO-ya üzv olmayan əsas müttəfiqi statusu verib. Bu barədə ABC məlumat yayıb.

Vaşinqtona səfər edən vəliəhd şahzadə və baş nazir Məhəmməd bin Salman Əl Səudun şərəfinə Ağ Evdə verilən şam yeməyində çıxış edən Tramp ABŞ ilə Səudiyyə Ərəbistanı arasında hərbi əməkdaşlığın yeni səviyyəyə çatdığını vurğulayıb. Prezident qeyd edib ki, iki ölkə tarixi əhəmiyyətə malik strateji müdafiə müqaviləsi imzalayıb.

Trampın sözlərinə görə, Səudiyyə Ərəbistanı rəsmi olaraq Şimali Atlantika Alyansından kənarda Vaşinqtonun əsas müttəfiqləri arasında yer alıb. 19 noyabrda Səudiyyə Ərəbistanının ABŞ-dan bir neçə yüz tank alacağı açıqlanıb. Daha əvvəl Maliyyə Naziri Skott Bessent Səudiyyə Ərəbistanının ABŞ-a investisiya qoyduğu əsas sahələr kimi üç sahəni müəyyən edib.

Əziz MUSTAFA