Ararat Mirzoyan və ABŞ dövlət katibinin müavini TRIPP layihəsini müzakirə ediblər

Ararat Mirzoyan və ABŞ dövlət katibinin müavini TRIPP layihəsini müzakirə ediblər

16:01
Bəyəndim (2) Bəyənmədim (0)


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, ABŞ-ın dövlət katibinin siyasi məsələlər üzrə müavini Ellison Huker ilə görüşüb. Oxuməni.az xəbər verir ki, bu barədə Ermənistan KİV-lərinə XİN-dən məlumat verilib.
Görüş iştirakçıları Ermənistan və ABŞ arasında strateji tərəfdaşlığın inkişafı məsələlərini müzakirə ediblər. Energetika, infrastruktur, süni intellekt və investisiyaların təşviqi daxil olmaqla, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə hazırlıq vurğulanıb.
"Ermənistan və ABŞ arasında ikitərəfli gündəliyin genişləndirilməsinə, strateji tərəfdaşlığın yeni məzmun və konkret təşəbbüslərlə zənginləşdirilməsinə yönəlmiş siyasi dialoqun fəal dinamikasını, həmçinin ABŞ-ın qurulmuş sülhün ardıcıl möhkəmləndirilməsində davam edən iştirakını məmnuniyyətlə qeyd edirəm", - deyə nazir Mirzoyan bildirib.
Avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmaların həyata keçirilməsi məsələsinə toxunulub. Vaşinqton Sülh Sammitinin simvolik 100-cü gününü nəzərə alaraq, Ararat Mirzoyan və Ellison Huker razılaşmaların həyata keçirilməsində indiyədək əldə edilmiş nailiyyətləri, həmçinin hələ görüləsi işləri qeyd ediblər.
Tərəflər "Trampın beynəlxalq sülh və firavanlıq naminə yolu" layihəsinin həyata keçirilməsi üçün zəruri olan hazırlıq işləri barədə fikir mübadiləsi aparıblar.
Daha geniş coğrafiyaya malik nəqliyyat və digər kommunikasiya şəbəkəsinin inkişafında onun əhəmiyyəti vurğulanıb.
Almaz Həsənli