İsveçrə gömrük rüsumlarının azaldılması üçün Trampa hədiyyələr göndərdi

İsveçrə gömrük rüsumlarının azaldılması üçün Trampa hədiyyələr göndərdi

10:57
Bəyəndim (2) Bəyənmədim (0)


İsveçrə rəsmiləri, ABŞ prezidenti Donald Trampla gömrük rüsumlarının azaldılması barədə uğursuz danışıqlardan sonra, Ağ Evə sənaye maqnatlarından ibarət bir nümayəndə heyəti göndərərək Amerika liderinə hədiyyələr təqdim etdilər.
Oxuməni.az-ın "Deutsche Welle"yə istinadən verdiyi məlumata görə, qısa müddət sonra Vaşinqton güzəştə getməyə razılaşdı, cümə günü “Axios” xəbər agentliyi məlumat yayıb.
KİV, 4 noyabrda xəbər verilən İsveçrədən olan iş adamları nümayəndə heyətinin Ağ Evə səfərinə diqqət çəkib. Bu heyətdə, digərləri ilə yanaşı, qiymətli metallar ticarətçisi “MKS PAMP SA”-nın rəhbəri Marvan Şakarçi, dəbdəbəli saat istehsalçısı “Rolex” şirkətinin rəhbəri Jan-Frederik Dufur və dəbdəbəli məmulatlar istehsal edən “Richemont” şirkətinin idarə heyətinin sədri Yohan Rupert də olub.
Məlumdur ki, iş adamları ABŞ prezidentinə hədiyyələr gətiriblər: “MKS PAMP SA”-nın rəhbərindən Tramp 130 min dollardan bir qədər çox dəyərində üzərində adı yazılmış qızıl külçə alıb, Dufur isə Amerika liderinə qızıldan hazırlanmış stolüstü saat hədiyyə edib. “Axios” mənbəsinə görə, məhz qızıl Trampın üstünlük verdiyi hədiyyə kimi göstərilib – “Rolex” rəhbəri əvvəlcə nadir titan saat aparmaq istəyib, lakin ona mane olublar.
Son zamanlarda iş adamlarının Vaşinqtona səfərindən sonra Ağ Ev rəhbərinin İsveçrə lideri ilə yeni danışıqları barədə məlumat verilməyib, lakin noyabrın 14-də ABŞ hökuməti İsveçrə mallarına olan rüsumların 15 faizə endirildiyini elan edib. Bunun müqabilində İsveçrə şirkətləri ABŞ-a investisiyaları artırmağa razılaşıblar və İsveçrə Donald Trampın narazılıqla qeyd etdiyi ticarət maneələrini tənzimləyib.
Almaz Həsənli