Raket qalıqları Kiyevdəki Azərbaycan səfirliyinin binasına düşüb
Gecə Kiyevə endirilən zərbə zamanı Rusiyanın istifadə etdiyi "İskəndər" raketinin qalıqları Azərbaycanın səfirliyinin binasına düşüb.
Oxuməni.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski öz Telegram kanalında məlumat verib.
"Yalnız Kiyevdə onlarla çoxmərtəbəli binada dağıntılar var. "İskəndər" qalıqları Azərbaycan Səfirliyini zədələyib", - deyə o qeyd edib.
Prezident Vladimir Zelenskinin bildirdiyinə görə, işğalçılar təxminən 430 dron və 18 raket, o cümlədən ballistik və aerodinamik raketlər istifadə ediblər. Onlarla insanın yaralandığı, aralarında uşaqların və hamilə qadının olduğu bildirilir. Dörd nəfər vəfat edib.
Onun sözlərinə görə, Daxili İşlər Naziri İqor Klimenko artıq hadisə yerlərində aparılan xilasetmə işlərinin gedişatı barədə məlumat verib.
Almaz Həsənli



























.jpg)
.jpg)
.jpg)




















































