Fransa Pavel Durova səyahət məhdudiyyətlərini qaldırdı

Fransa Pavel Durova səyahət məhdudiyyətlərini qaldırdı

10:43
Bəyəndim (2) Bəyənmədim (0)


Fransa hakimiyyəti, "Telegram" messencerinin qurucusu Pavel Durova, platformanın cinayət fəaliyyətinə mümkün dəstəkdə ittiham olunduğu iş üzrə tətbiq olunan səyahət məhdudiyyətlərini ləğv edib. Bu barədə cümə axşamı AFP agentliyi anonim mənbəyə istinadən məlumat yayıb.
Daha əvvəl Durova yalnız yaşadığı Dubaya məhdud səyahətlərə icazə verilirdi, indi isə o, Fransadan sərbəst şəkildə ayrıla bilər. AFP qeyd edir ki, sahibkar həmçinin Nitsadakı polis şöbəsində mütəmadi olaraq qeydiyyatdan keçmək öhdəliyindən azad edilib.
Fransada "Telegram"ın qurucusu messencerdə kontentin kifayət qədər moderasiya edilməməsində və hüquq-mühafizə orqanları ilə əməkdaşlıqdan imtina etməkdə günahlandırılır. Fransa müstəntiqinin fikrincə, bu, Durovu uşaq pornoqrafiyasının yayılması, narkotik ticarəti və dələduzluq kimi cinayətlərə şərik edir. Mart ayında məlum oldu ki, Durova müvəqqəti olaraq Fransadan ayrılmağa icazə verilib, bundan sonra o, Dubaya uçub. Bununla belə, Paris prokurorluğu onun ABŞ və Norveçə səyahət etmək üçün etdiyi müraciətləri rədd etmişdi.
Almaz Həsənli