Polşa AB Miqrasiya Paktı çərçivəsində miqrantları qəbul etməyəcək
Polşa AB Miqrasiya Paktına əsasən miqrantları qəbul etməyəcək. Polşa Baş naziri Donald Tusk çıxışında bunu təkrarladı.
"Polşa AB Miqrasiya Paktına əsasən miqrantları qəbul etməyəcək", - deyə o yazıb. "Dediyim kimi. Bu, artıq qərar verilib. Biz sadəcə danışmaqla kifayətlənmirik, edirik", - deyə baş nazir əlavə edib. O, həmçinin Polşanın miqrantları qəbul etməkdən imtina etdiyinə görə pul ödəməyəcəyini açıqlayıb.
Prezident Karol Navrotski əvvəllər bu qərarı təsdiqləyib.
11 noyabrda Avropa Komissiyası Polşa, Bolqarıstan, Çexiya, Estoniya, Xorvatiya və Avstriyanın artan miqrasiya təzyiqi ilə üzləşdiyini qeyd edib və buna görə də onları 2026-cı ildə miqrantlardan qismən və ya tamamilə imtina üçün müraciət etməyə dəvət edib.
Əziz MUSTAFA
Digər xəbərlər

















































































