Qazaxıstan LGBT təbliğatını qadağan edən qanun qəbul edib
Qazaxıstan parlamentinin aşağı palatası (Məclis) mediada və internetdə LGBT təbliğatını qadağan edən qanun qəbul edib.Bu barədə Oxuməni.az “TASS”a istinadla xəbər verir.
Qanun uşaqları onların sağlamlığına və inkişafına zərərli məlumatlardan qorumaq üçün qəbul edilib.
Məclisin Sosial-Mədəni İnkişaf Komitəsinin açıqlamasına görə, "Qanun ictimai yerlərdə, eləcə də media, telekommunikasiya şəbəkələri və onlayn platformalar vasitəsilə pedofiliya və/və ya qeyri-ənənəvi cinsi oriyentasiya təbliğatını yayan məlumatların yayılmasına məhdudiyyətlər qoyur".
Qanun baxılması üçün Qazaxıstan parlamentinin yuxarı palatasına təqdim ediləcək.
Prezident Kasım-Jomart Tokayev daha əvvəl Qazaxıstanın Qərb təsirinə qarşı çıxmaqla ənənəvi dəyərləri gücləndirməyi hədəflədiyini bildirmişdi. O, ənənəvi ailə dəyərlərini qorumağın vacibliyini qeyd edərək, Qərb təbliğatını əksinə olaraq dağıdıcı adlandırmışdı.
Almaz Həsənli

















































































