Kiçik Tramp Ermənistana səfərini ləğv etdi

Kiçik Tramp Ermənistana səfərini ləğv etdi

12:22
Bəyəndim (2) Bəyənmədim (0)


ABŞ prezidenti Donald Trampın oğlu kiçik Donald Tramp Ermənistana planlaşdırılan səfərini ləğv edib.
Oxuməni.az-ın məlumatına görə, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Dünən “Tashir Capital” şirkətinin baş direktoru Arman Babacanyan Facebook səhifəsində paylaşdığı videoda kiçik Donald Trampın 12 noyabrda Ermənistana planlaşdırılan səfərinin ləğv edildiyini açıqlayıb.
"Mənbəmiz iddia edir ki, Samvel Karapetyanın qardaşı oğlu Narek Karapetyan tanınmış amerikalı jurnalist Taker Karlsonla müsahibədən sonra Ermənistan hakimiyyətinin Erməni Apostol Kilsəsinə hücumu xəbəri ABŞ-dakı mühafizəkar dairələrdə ajiotaj yaratdı. Nəşrin məlumatına görə, Donald Tramp daha sonra Ermənistana səfərini və hökumət rəsmiləri ilə görüşlərini ləğv etmək qərarına gəlib.
Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ prezidentinin böyük oğlu Donald Trampın 12 noyabrda Ermənistana səfər edəcəyi barədə məlumatlar yayılıb. Səfər zamanı onun Nikol Paşinyan və Anna Akopyanın təşəbbüsü ilə keçirilən sözdə dua səhər yeməyində iştirak etməsi də planlaşdırılırdı və bu səfər zamanı Tramp və Nikol Paşinyan arasında görüş də planlaşdırılırdı", - deyə nəşr qeyd edir.
Almaz Həsənli