ABŞ senatorları hökumət bağlanmasının dayandırılmasına razılaşıblar

ABŞ senatorları hökumət bağlanmasının dayandırılmasına razılaşıblar

13:13
Bəyəndim (1) Bəyənmədim (0)

CNN xəbər verir ki, ABŞ senatorları bağlanmaya son qoyacaq və ABŞ hökumətini yenidən açacaq ikitərəfli razılaşma əldə ediblər.
Qanun layihəsini 60 senator dəstəkləyib, 40 senator isə əleyhinə çıxıb. Müqavilə 2026-cı il yanvarın 30-dək hökumətin əməliyyatları üçün maliyyə vəsaitini təmin edəcəkdi.
Qanun layihəsi indi Nümayəndələr Palatasına qaytarılacaq və orada prezident Donald Tramp tərəfindən imzalanmalıdır. Təsdiqləmə prosesi daha bir neçə gün çəkə bilər.
Trampın özü bəyan edib ki, ölkə hökuməti yenidən açmağa yaxındır.
"Çox yaxında biləcəksiniz," -Ağ Ev rəhbəri bildirib.
ABŞ-da bağlanma oktyabrın 1-də başlayıb və artıq 40-cı gündür. Bu, ölkə tarixində ən uzun müddətdir. Əvvəlki rekord – 35 gün – Trampın prezident kimi ilk müddətində baş verib və 2019-cu ilin yanvarında başa çatıb. Demokratlar “Obamacare” subsidiyalarını saxlamaqda israrlı olduqları və “Medicaid”-in azaldılmasına qarşı çıxdıqları, respublikaçılar isə bu addımı atmaqdan imtina etdiyi üçün son bir neçə həftə ərzində Konqres dövlət xidmətlərinin maliyyələşdirilməsi ilə bağlı razılığa gələ bilmir.
Bağlanmanın dayandırılması müqabilində Senat Çoxluğun lideri Con Tyun Demokratlara dekabrda səhiyyə subsidiyalarının uzadılması ilə bağlı səsvermə keçirəcəyini vəd etdi.
Müqavilə, həmçinin bağlanma zamanı ixtisar edilmiş federal işçilərin işə bərpa edilməsini və onlara kompensasiya verilməsini nəzərdə tutur. Oktyabrın 1-dən bəri 1,5 milyona yaxın dövlət qulluqçusu və hərbçi məzuniyyətə çıxarılıb və ya ödənişsiz işləməyə məcbur edilib.
İqtisadçıların fikrincə, bağlanma ABŞ-a həftədə 10-30 milyard dollara başa gəlib. Hökumətin bağlanması dövlət işçiləri və onların ailələri üçün xərcləri azaltdı və ödənişlərin olmaması çoxsaylı dövlət podratçılara mənfi təsir göstərdi.
Almaz Həsənli