Səudiyyə Ərəbistanı terrorizmdə təqsirli bilinən iki vətəndaşı edam etdi

Səudiyyə Ərəbistanı terrorizmdə təqsirli bilinən iki vətəndaşı edam etdi

16:15
Bəyəndim (0) Bəyənmədim (0)

Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi terrorizm cinayətlərində təqsirli bilinən iki Səudiyyə Ərəbistanı vətəndaşının edam edildiyini açıqladı.

SPA xəbər agentliyinin məlumatına görə, edamlar 9 noyabrda Qassim əyalətində həyata keçirilib.

Məhkumlar, Fəhd bin Əli bin Əbdüləziz əl-Vaşil və Əbdürrəhman bin İbrahim bin Məhəmməd əl-Mansur terror təşkilatında iştirak etməkdə, təhlükəsizlik obyektlərinə və ibadət yerlərinə hücum etməkdə, silah saxlamaqda və partlayıcı maddələr istehsal etməkdə təqsirli biliniblər. Onlar həmçinin digər terrorçuları sığınacaqla təmin ediblər və krallığın təhlükəsizliyinə və sabitliyinə qarşı hərəkət ediblər.

Həbs və istintaqdan sonra məhkəmə onları günahkar bildi və ölüm hökmünə məhkum etdi. Hökm Ali Məhkəmə tərəfindən qüvvədə saxlanılıb və kral fərmanı ilə icra edilib.

Əziz MUSTAFA