Gürcüstanın 2026-ci ildə mövcud olacaq ordu sayı müəyyən olunub
2026-ci ildə Gürcüstan Müdafiə Qüvvələrinin sayı dəyişməz olaraq qalacaq.
Oxuməni.az “24News.ge”yə istinadla xəbər verir ki, bu barədə Müdafiə və Təhlükəsizlik Komitəsində Müdafiə nazirinin müavini Qriqol Qiorgiadze məlumat verib.
O bildirib ki, ölkənin silahlı qüvvələrinin sayı ötən il də olduğu kimi, bu il də hərbçi sayı 37 min nəfəri keçməyəcək.
O izah edib ki, Müdafiə Qüvvələrinin sayına qoyulan məhdudiyyət hərbi vəziyyət və ya fövqəladə vəziyyət zamanı, habelə ehtiyat hərbi xidmətə çağırılacaq şəxslərin sayı və Gürcüstan Müdafiə Nazirliyindəki müvəqqəti personal heyətinə şamil edilməyəcək.
Məlumat üçün bildirək ki, parlament hər il müdafiə qüvvələrinin sayını təsdiqləyir. Son illər hərbi qulluqçuların sayı 37 min nəfər olaraq müəyyən edilir.
Almaz Həsənli


























































.jpg)
.jpg)
.jpg)






















