Parisdə Swarovski zərgərlik mağazasından  200.000 avro dəyərində zinət əşyaları və saatlar oğurlanıb

Parisdə Swarovski zərgərlik mağazasından 200.000 avro dəyərində zinət əşyaları və saatlar oğurlanıb

10:19
Bəyəndim (4) Bəyənmədim (0)

Luvr Muzeyindən kral zinət əşyalarının oğurlanmasından iki həftə sonra cinayətkarlar Swarovski butikinə girərək təxminən 200.000 avro dəyərində zinət əşyaları və saatlar oğurlayıblar, Le Parisien xəbər verir.

Polisin məlumatına görə, mağazanın siqnalizasiyası işə düşməyib və təhlükəsizlik kameraları oğruları qeydə almayıb. Hadisə yalnız həmin səhər, bir işçi butikin qapısını açmağa gələndə qapının və vitrinlərin sındırıldığını görəndə aşkar edilib.

Daha əvvəl polisin Liondakı Pourquery Laboratoriyasına basqın edən oğrulardan 300 kq-dan çox qiymətli metal müsadirə etdiyi bildirilirdi. Hadisə 30 oktyabrda baş verib. İşıqları yanıb-sönən bir maşınla gələn soyğunçular partlayıcı maddələrdən istifadə edərək laboratoriyanın iki pəncərəsini sındırıblar. Hücum edənlər silahlı olublar. Hücum nəticəsində beş fabrik işçisi yaralanıb.

19 oktyabrda işçi geyimində olan naməlum şəxslər Luvr muzeyinə daxil olmaq üçün forkliftdən istifadə ediblər və bir neçə dəqiqə ərzində Napoleonun kolleksiyasından 88 milyon avro dəyərində zinət əşyaları, o cümlədən boyunbağı, broş və tac oğurlayıblar. Onlar qaçış zamanı 1354 brilyantla bəzədilmiş İmperatriça Yevgeninin tacını yerə atıblar. Hadisədən sonra Luvr muzeyi üç gün ictimaiyyət üçün bağlanıb. İki şübhəli 25 oktyabrda, daha beşi isə 29 oktyabr axşamı həbs edilib. Onlardan biri dindirildikdən sonra sərbəst buraxılıb.

Əziz MUSTAFA