Rumıniya Hollandiyadan 1 avroya 18 F-16 alıb
Rumıniya Müdafiə Nazirliyi Hollandiya hökuməti ilə lazımi avadanlıqla birlikdə 18 F-16 Fighting Falcon qırıcı təyyarəsinin alınması üçün müqavilə imzalayıb.Rumıniya müdafiə naziri İonut Mustyanu bu barədə Facebook-da yazıb.
Onun sözlərinə görə, bu təyyarələr yalnız Feteştidəki Avropa F-16 Təlim Mərkəzində təlim məqsədləri üçün istifadə olunacaq. Mərkəz artıq NATO ölkələri və ittifaq tərəfdaşları üçün pilot təlimi üçün regional mərkəzə çevrilib.
Mustyanunun sözlərinə görə, müqavilə simvolik qiymətə - cəmi 1 avroya bağlanıb.
"Bu, təlimə, əməkdaşlığa və gələcəyə ağıllı bir sərmayədir", - deyə o vurğuladı.
Xatırladaq ki, Rumıniya Feteşti Hava Bazasında ukraynalı pilotların Qərb istehsalı olan F-16 təyyarələrində təlim xərclərini dövlət büdcəsindən ödəyəcək. Təlimin maliyyələşdirilməsi ölkənin Milli Müdafiə Nazirliyi (MApN) vasitəsilə təmin ediləcək.
Əziz Mustafa


























































.jpg)
.jpg)
.jpg)






















